Son dəqiqə

Türkiyə EFES-2024

EFES-2024 təlimi uğurla tamamlanıb – Türkiyə MN

Bakı. TurkicWorld:

EFES-2024 təlimi uğurla tamamlanıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Nazirlik iki mərhələdə həyata keçirilən EFES-2024 təliminin “Kompüter Dəstəkli Komanda Qərargahı” və “Faktiki Atış Sahəsi Mərhələsi”nin uğurla başa çatdığını açıqlayıb.

“25 aprel-8 may tarixlərində “Kompüter Dəstəyili Komanda Qərargahı” və 9-30 May tarixlərində “Faktiki Atış Sahəsi Fazası” olmaqla iki mərhələdə həyata keçirilən EFES-2024 təlimi uğurla başa çatıb.” – deyə açıqlamada qeyd edilib.

Bildirilib ki, sözügedən təlim Qərbi Anadolu, Orta Egey, İzmir Körfəzi və Doğanbəy bölgələrində həyata keçirilib.

Təlimdə 45 ölkədən müşahidəçilər, qoşunlar və elementlər də daxil olmaqla 11 minə yaxın şəxsi heyət iştirak edib.

Açıqlamada bildirilib ki, təlimdə ümumi ssenari çərçivəsində artilleriya atəşi ilə dəstəklənən amfibiya əməliyyatı həyata keçirilib və hədəflər yerdən atəşə dəstək maşınları, döyüş təyyarələri və hücum helikopterləri ilə vurulub.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər