Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan AK Parti

AK Partiyanın düşərgə proqramı sabah başlayır

Bakı, TurkicWorld:

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) düşərgə proqramı sabah başlayır.

TurkicWorld xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kızılcahamamda keçiriləcək düşərgənin açılış nitqi ilə çıxış edəcək.

Məlumata əsasən, bələdiyyə seçkilərinin nəticələrinin və partiyanın fəaliyyətinin müzakirə ediləcəyi düşərgədə Türkiyə Nazirlər Kabinetinin üzvləri təqdimatlarla çıxış edəcəklər.

Düşərgədə iqtisadiyyat, enerji, kənd təsərrüfatı, ədliyyə, təhlükəsizlik və xarici siyasət məsələləri müzakirə olunacaq.

Ümumi məsləhətləşmələr və müzakirələrdən sonra düşərgə prezident Ərdoğanın 2 iyun bazar günü çıxışı ilə yekunlaşacaq.

Qeyd edək ki, 31 mart tarixində Türkiyədə 61 milyon 441 mindən çox seçici səs verdiyi seçkilərdə 34 siyasi partiyanın namizədləri ilə yanaşı, müstəqil namizədlər də mübarizə aparıblar. Ölkə üzrə 206 mindən çox seçki qutusu qurulub.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər