Bakı, TurkicWorld:
Türkiyə Ticarət naziri Ömər Bolat Belçikanın paytaxtı Brüsseldə Türkiyə İxracatçılar Məclisinin (TİM) Brüssel Nümayəndəliyinin açılışını edib.
TurkicWorld xəbər verir ki, Ömər Bolat TİM Brüssel Nümayəndəliyinin açılışında olmaqdan çox məmnun olduğunu bildirib.
“Biz ikitərəfli səviyyədə danışıqlarımızı davam etdiririk”, - deyə o məlumat verib.
Bundan başqa, Bolat Aİ Komissiyası vitse-prezidenti Valdis Dombrovskis və ÇexiyaTicarət və sənaye naziri Jozef Sikela ilə ikitərəfli görüşlər keçirəcəyini qeyd edib.