Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan EFES-2024

Efes-2024 Təlimində heç bir ölkə hədəf alınmır - Ərdoğan

Bakı. TurkicWorld:

Efes-2024 Təlimində heç bir ölkə hədəf alınmır.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"İnanıram ki, təlim birləşmiş və birgə əməliyyatların planlaşdırılması, əlaqələndirilməsi və icrasında ordumuzun imkanlarını artıracaq. Bu, kibermüdafiə və kibertəhlükəsizlik sahəsində məlumatlılığın inkişafına töhfə verəcək. Təlimdə inventarizasiyaya yeni daxil olan yerli və milli sistemlərdən də istifadə etmək imkanımız var. Təlimdə ilk dəfə 33 fərqli silah və sistemi sınaqdan keçirəcəyik. Müdafiə sənayesi sahəsində malik olduğumuz imkanları dost və müttəfiq ölkələrlə bölüşməkdən məmnunuq", - deyə o vurğulayıb.

Qeyd edək ki, təlimdə 45 müxtəlif ölkədən 11 minə yaxın personal iştirak edir.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər