Son dəqiqə

Rəcəb Tayyib Ərdoğan AK Parti CHP

Ərdoğanın CHP-ə ziyarət edəcəyi tarix açıqlanıb

Bakı, TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyun ayının 9-dan sonra müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasını (CHP) ziyarət edəcək.

TurkicWorld xəbər verir ki, bunu Rəcəb Tayyib Ərdoğan iqtidarda olan Ədalət və İnkişaf Partiyasının (AK partiya) Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında deyib.

“Görüşməmək üçün heç bir səbəb yoxdur”, – deyə Ərdoğan bildirib.

Qeyd edək ki, 2 may tarixində səkkiz ildən sonra AK Parti və CHP liderləri ilk dəfə bir araya gəlib.

Mövzuya görə xəbərlər