Son dəqiqə

Türkiyə Fahrettin Koca

Türkiyə Qəzzalı xəstələrin müalicəsi üçün Misirə təşəkkür edib

Bakı,TurkicWorld:

Türkiyənin Səhiyyə naziri Fahrettin Koca Birləşmiş Millətlər Təşkilatının 77-ci Ümumdünya Səhiyyə Assambleyası çərçivəsində iştirak etdiyi Cenevrədə İrlandiyalı, Misirli və Fələstinli həmkarları ilə görüşüb.

TurkicWorld xəbər verir ki, Koca Misirin səhiyyə naziri Əbdülqaffar və Misirə oktyabrın 7-dən bu yana göstərdikləri həmrəyliyə görə təşəkkür edib

Bundan əlavə nazir Fələstinin Səhiyyə naziri Əbu Ramazanla görüşü ilə bağlı açıqlamalarda verib.

“Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə həyata keçirdiyimiz Fələstin davasında qətiyyətimizi vurğuladıq. Hər sahədə olduğu kimi səhiyyə sahəsində də Fələstinli qardaşlarımızın yanında olduğumuzu bir daha bəyan etdik”,- deyə o bildirib.

Mövzuya görə xəbərlər