Son dəqiqə

Türkiyə Antalya limanı

Antalyadan qalxan təyyarə məcburi eniş edib

Bakı,TurkicWorld:

117 sərnişinlə Antalya-Varşava reysini həyata keçirən SunExpress Hava Yollarına məxsus XQ-870 nömrəli Boeing 737 tipli təyyarə, kabin təzyiqində nasazlıq səbəbiylə Varşava hava limanına məcburi eniş edib.

TurkicWorld xəbər verir ki, uçuş zamanı baş verən kabin təzyiqində nasazlıq ekipaj və sərnişinlər arasında qısamüddətli panikaya səbəb olub.

Qeyd edək ki, SunExpress rəsmiləri sərnişinlərin təhlükəsizliyi üçün bütün lazımi tədbirlərin görüldüyünü və hadisənin ətraflı araşdırıldığını bildirib. Hadisə zamanı xəsarət alan olmayıb.

Mövzuya görə xəbərlər