Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan İstanbul

İstanbul dünyanın ən məşhur şəhərləri arasındadır - Ərdoğan

Bakı. TurkicWorld:

Tarixinin izlərini bu günə qədər daşıyan sənətçilərin ilham mənbəyi olan İstanbul bu gün ölkəmizin iş, maliyyə, ticarət, incəsənət, mədəniyyət mərkəzi kimi dünyanın ən məşhur şəhərləri arasındadır.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun fəthinin 571-ci ildönümü münasibətilə yayımladığı mesajında bildirib.

"Fateh Sultan Mehmet və onun qəhrəman əsgərlərinin İstanbulu fəth edərkən göstərdikləri inam və əzm bu gün bizi Türk Əsri hədəfinə çatmağa ruhlandırır. İstanbulun fəthinin 571-ci ildönümü münasibəti ilə bu bənzərsiz şəhəri bizə miras qoyan Fateh Sultan Mehmeti və əziz şəhidlərimizi hörmətlə yad edir, bütün vətəndaşlarımızı səmimi qəlbdən salamlayıram", - deyə o qeyd edib.

Qeyd edək ki, 29 may 1453-cü ildə 53 gün davam edən mühasirə nəticəsində Osmanlı Sultanı Fateh Sultan Mehmet komandanlığı altında Osmanlı ordusu Bizans İmperatorluğunun paytaxtı İstanbulu fəth edib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər