Son dəqiqə

Türkiyə Avropa İttifaqı

Aİ Türkiyədəki suriyalılar üçün bir milyard avro ayıracaq

Bakı,TurkicWorld:

Avropa İttifaqı (Aİ) suriyalı qaçqınlara və onların Türkiyədə yaşayan icmalarına dəstək üçün bir milyard avro vəd edib.

TurkicWorld xəbər verir ki, bu barədə Avropa Komissiyasının “Suriya və regionun gələcəyinə dəstək” 8-ci beynəlxalq konfransının yekunları üzrə verilən yazılı bəyanatında deyilir.

Bəyanatda həmçinin qeyd olunub ki, Aİ 2024 və 2025-ci illər üçün 2,12 milyard avro ayırmağı planlaşdırır..

“Bu yardım həm Suriya daxilində, həm də qonşu ölkələrdəki suriyalılara, eləcə də Türkiyə, Livan, İordaniya və İraqda yaşayan suriyalılara dəstək olmaq məqsədi daşıyacaq”, – deyə bəyanatda qeyd olunub.

Mövzuya görə xəbərlər