Bakı,TurkicWorld:
Türkiyə ilə Kamboca arasında “Media və kommunikasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.
TurkicWorld xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun, Kamboca Baş nazirinin müavini, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Sok Chenda Sophea və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.
İki ölkə arasında əlaqələrin sürətlənməsinə böyük əhəmiyyət verdiklərini vurğulayan Altun, qarşılıqlı səfərləri və bu səfərlər zamanı imzalanan müqavilələri əlaqələrin dərinləşməsi üçün atılan mühüm addımlar kimi gördüklərini söyləyib.
“Media sahəsində əməkdaşlıq hər bir sahəyə öz müsbət təsirini göstərəcək”,- deyə o bildirib.