Son dəqiqə

Azərbaycan Türkiyə Rəcəb Tayyib Ərdoğan

Ərdoğan Azərbaycanla Preferensial Ticarət Sazişini təsdiqləyib

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi"nə dəyişiklik haqqında Protokol"u təsdiqləyib.

TurkicWorld xəbər verir ki, bu barədə məlumat türk mətbuatında dərc olunub.

Xatırladaq ki, sözügedən sənəd ötən il aprelin 29-da imzalanıb. Həmin ilin iyul ayında Azərbaycan tərəfindən sənəd təsdiqlənib. Bu ilin mayında isə yenilənmiş Preferensial Ticarət Sazişinə daxil olan məhsulların adı açıqlanıb.

Mövzuya görə xəbərlər