Son dəqiqə

Türkiyə

Türkiyədə vətəndaş dərnəyinə silahlı basqın edilib

Bakı. TurkicWorld:

Türkiyənin Başakşehir vilayətində vətəndaş dərnəyinə silahlı basqın edilib.

TurkicWorld xəbər verir ki, silahlı hücum nəticəsində beş nəfər yaralanıb.

Xəbər verildikdən sonra hadisə yerinə polis və tibb qrupları göndərilib.

Yaralılar tibb işçiləri tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra ətraf xəstəxanalara çatdırılıb.

Məlumat üçün qeyd edək ki, şübhəlilərin tutulması üçün araşdırmalara başlanılıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər