Bakı,TurkicWorld:
Türkiyə Aİ-nin beşinci ən böyük ticarət tərəfdaşıdır.
TurkicWorld xəbər verir ki, bu sözləri Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə birgə mətbuat konfransında çıxışı zamanı deyib.
"2,4 milyard avroluq birbaşa sərmayəni səfərbər etməyi hədəfləyirik. Ötən il Aİ ilə Türkiyə arasında ticarət həcmi 200 milyard avroya çatıb. Bunu daha da inkişaf etdirmək lazımdır. Yüksək səviyyəli dialoqları yenidən başladacağıq. Türkiyə ilə Aİ arasında daha mütəmadi görüşlər keçiriləcək və hər şeyi daha sürətlə davam etdirə biləcəyik",- deyə Varhelyi bildirib.







