Bakı, TurkicWorld
Macarıstan hökuməti Avropa İttifaqının (Aİ) Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı postuna Oliver Varhelyinin namizədliyini yenidən irəli sürüb.
TurkicWorld xarici mediaya istinadən xəbər verir ki, bu barədə Macarıstan Baş naziri Orban Viktor öz sosial şəbəkə hesabında yazıb.
"Bu yaxınlarda Avropa Komissiyasının Prezidenti Ursula von der Lyayenlə telefonla məsləhətləşmələrimdən sonra Avropa Komissiyasına namizədim növbəti dəfə Oliver Varhelyi oldu.
Son beş il ərzində komissar Varhelyi sübut etdi ki, Aİ həm qonşuluğunda, həm də ondan kənarda müsbət fərq yarada bilər. O, qarşıdan gələn Komissiyada da əla işləyəcək", - deyə Baş nazir Orban bildirib.