Son dəqiqə

Avropa İttifaqı Türkiyə xarici işlər nazirliyi Oliver Varhelyi Hakan Fidan

PKK terroru bir gün tamamilə aradan qalxacaq - Hakan Fidan

Bakı. TurkicWorld:

PKK terroru bir gün tamamilə aradan qalxacaq.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi ilə ortaq mətbuat konfransında çıxışı zamanı deyib.

H.Fidan onu da vurğulayıb ki, Amerikanın dəstəklədiyi PKK kimi terror təşkilatlarının bölgədəki ərəb qəbilələri sıxışdırmasına son qoyulmalıdır.

Qeyd edək ki, Avropa Birliyi 2004-cü ildə PKK-nı terror təşkilatı kimi tanıyıb. Bundan başqa, NATO-nun müxtəlif sənədlərində və bəyanatlarında PKK terror təşkilatı kimi qeyd olunur.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər