Son dəqiqə

Avropa İttifaqı Türkiyə xarici işlər nazirliyi Oliver Varhelyi Hakan Fidan

Viza rejiminin liberallaşdırılması Aİ-dən gözləntilərimiz arasındadır - Hakan Fidan

Bakı. TurkicWorld:

Viza rejiminin liberallaşdırılması Avropa İttifaqından gözləntilərimiz arasındadır.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi ilə ortaq mətbuat konfransında çıxışı zamanı deyib.

"Aİ-dən əlaqələrimizi inkişaf etdirmək üçün lazımi iradənin göstərilməsini istəyirik. Aİ Türkiyəni danışıqlar aparan namizəd ölkə kimi görməlidir. Varhelyi ilə görüş zamanı son dövrdə vətəndaşlarımızın viza müraciətlərində yaşadıqları şikayətlərin aradan qaldırılmasını gözlədiyimizi vurğuladım", - deyə Hakan Fidan bildirib.

Qeyd edək ki, Avropa İttifaqı rəsmisi Oliver Varhelyi Aİ ilə Türkiyə arasında əməkdaşlıq danışıqları üçün bu gün Ankaraya səfər edib.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər