Son dəqiqə

Türkiyə Türkiyə Ticarət nazirliyi Ömər Bolat

Viza problemlərini aradan qaldırmaq üçün Aİ ilə danışıqlar aparırıq - Bolat

Bakı. TurkicWorld:

Viza problemlərini aradan qaldırmaq üçün Avropa İttifaqı ilə danışıqlar aparırıq.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin ticarət naziri Ömər Bolat Türkiyə ilə Avropa İttifaqı arasındakı əlaqələrlə bağlı açıqlamasında deyib.

"Keçən il vətəndaşlarımızın ticarət, turizm, təhsil, akademik, mədəniyyət və incəsənət sahəsində Aİ ölkələrinə viza müraciətlərində 30 faiz artım olub. Bu məqamda fon der Leyenin açıqlamasına görə, Aİ Komissiyası üzv ölkələrə Türkiyədəki səfirlik və konsulluqlarının həm insan resursları, həm də avadanlıq baxımından imkanlarını artırmağı tövsiyə edib", - deyə o əlavə edib.

Nazir Bolat onu da vurğulayıb ki, Türkiyə Aİ ilə ticarət həcmini artırmağı hədəfləyir.

"Çünki Türkiyə 211 milyard dollarlıq ümumi ikitərəfli ticarətlə Aİ-nin dünyada beşinci ən böyük ticarət tərəfdaşıdır", - deyə o əlavə edib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər