Son dəqiqə

Fələstin BMT İsrail Qəzza zolağı Benyamin Netanyahu

ICC Netanyahu ilə bağlı tələbinin qərara çevirməlidir

Bakı. TurkicWorld:

Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu ilə bağlı tələbinin qərara çevirməlidir.

TurkicWorld xəbər verir ki, bu barədə AK Partiya sözçüsü Ömer Çelik deyib.

“Ümid edirik ki, Beynəlxalq Cinayət Məhkəməsi bunu qərara çevirəcək və bu şəxslərin hərbi cinayətlərə görə mühakimə olunması üçün lazım olanı edəcək”, - deyə o bildirib..

Çelik xatırladıb ki, Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Baş prokuroru Kərim Han İsrailin baş naziri Binyamin Netanyahu və müdafiə naziri Yoav Gallanta qarşı həbs qərarı verilməsi üçün müraciət edib.

“Baş prokuror Netanyahu hökumətini qəsdən və sistematik şəkildə mülki əhalini bəşəriyyətin yaşaması üçün vacib olan şeylərdən məhrum etməkdə ittiham edir. Bu son dərəcə vacibdir. Bu, soyqırım cinayətidir. O bildirir ki, Netanyahu hökuməti qəsdən mülki əhalini hədəfə alaraq müharibə cinayəti törədib.” – deyə Çelik qeyd edib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər