Son dəqiqə

Türkiyə Şimali Kipr Türk Respublikası Cevdet Yılmaz Ünal Üstel

Cevdet Yılmaz KKTC Baş naziri ilə görüşüb

Bakı. TurkicWorld:

Türkiyə vitse-prezidenti Cevdet Yılmaz Şimali Kipr Türk Respublikasının (KKTC) Baş naziri Ünal Üstel ilə görüşüb.

TurkicWorld xəbər verir ki, onlar "KKTC Sitrus Sektorunda Qabaqcıl Meyvə Emalı və Dondurulmuş Soyuq Anbar Tutumlarının İnkişafı Layihəsi" çərçivəsində anlaşma memorandumu imzalayıblar.

Cevdet Yılmaz, KKTC-də istehsal olunan sitrus məhsulları üçün ilk mərhələdə 15 min ton, orta müddətli dövrdə isə 40 min ton tutumlu soyuducu anbar tikildiyini bildirib.

O, qeyd edib ki, ən son texnologiya ilə təchiz olunacaq obyekt bərpa olunan enerji mənbələri ilə ekoloji və iqlimə uyğun dizayn edilib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər