Son dəqiqə

ABŞ Türkiyə xarici işlər nazirliyi Hakan Fidan

Türkiyənin hərbi gücü F-35 proqramından asılı deyil - Hakan Fidan

Bakı, TurkicWorld:

Türkiyə daxili müdafiə sistemləri ilə bölgədə çəkindirici qüvvədir.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib.

"ABŞ bizə verdiyi açıqlamalarda heç vaxt F-16-nın satın alınması və modernləşdirilməsi layihəsinə ilkin şərt və ya məhdudiyyət qoymayıb. Türkiyənin hərbi qüdrəti təkcə bir ölkənin F-35 döyüş təyyarəsi tədarükü proqramından asılı deyil, ölkəmiz digər qabaqcıl döyüş və müşahidə vasitələrinə, keyfiyyət və kəmiyyət baxımından kifayət qədər kadrlara, qabaqcıl yerli və milli müdafiə sistem və texnikasına, qətiyyətlə inkişaf edən milli müdafiə sənayesinə malikdir", - deyə o vurğulayıb.

Qeyd edək ki, 29 fevral tarixində ABŞ-ın 40 ədəd yeni F-16 Blok-70-lərin Türkiyəyə tədarükü və mövcud 79 ədəd F-16-nın modernləşdirilməsi üçün göndərdiyi “Təklif və Qəbul Məktublarının Layihəsi” Türkiyə Milli Müdafiə Nazirliyinə və müvafiq bölmələrə çatdırılıb.

Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsindən sonra ABŞ prezidenti Co Bayden Konqresə müraciət edərək Ankaraya “F-16” satışını təsdiqləməyə çağırıb.

Daha sonra ABŞ Dövlət Departamenti Türkiyəyə 40 ədəd F-16 qırıcısının satışı və mövcud F-16-ların modernləşdirilməsi ilə bağlı Konqresə rəsmi bildiriş verib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər