Bakı. TurkicWorld:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli ilə görüşəcək.
TurkicWorld xəbər verir ki, görüş zamanı yeni konstitusiya məsələlərinin müzakirəsi gözlənilir.
Məlumata əsasən, danışıqlar çərçivəsində bələdiyyə seçkilərinin nəticələri də müzakirə ediləcək.
Bundan əlavə, regional və qlobal hadisələr, Qəzzada son vəziyyət barədə fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, Türkiyədə 1982-ci ildən qüvvədə olan konstitusiyaya 1987-ci, 2007-ci, 2010-cu, 2017-ci illərdə dəyişiklik edilib.