23 Aprel Türkiyə Milli Suverenlik və Uşaq Bayramı günüdür

23 Aprel Türkiyə Milli Suverenlik və Uşaq Bayramı günüdür

Bakı. TurkicWorld:

Milli Suverenlik və Uşaq Bayramı Türkiyə Böyük Millət Məclisinin açılışının ildönümü olan aprelin 23-də Türkiyə Respublikasında və Şimali Kipr Türk Cümhuriyyətində qeyd olunan milli və rəsmi bayramdır.

Türkiyə Cümhuriyyətinin ilk milli bayramı olan bu bayram 1921-ci ildən Türkiyədə “23 Aprel Milli Bayramı” kimi qeyd olunmağa başlanıb. Qanuni adı əvvəlcə “Uşaqlar Günü” olmasa da, sonradan uşaqlara şən günlər yaşatmaq və Himaye-i Etfal Cəmiyyətinə gəlir gətirmək məqsədi ilə 1927-ci ildən etibarən uşaq günü kimi qeyd olundu.

Bayramın adı 1935-ci ildə “Milli Suverenlik Günü”, 1981-ci ildə isə “Milli Suverenlik və Uşaqların Müdafiəsi Günü” kimi adlanıb.

YUNESKO-nun 1979-cu ili “Uşaq ili” elan etməsindən sonra dövlət kanalı Türkiyə Radio Televiziya Qurumunun TRT Beynəlxalq 23 Aprel Uşaq Festivalına başlaması ilə bu bayram beynəlxalq səviyyəyə çatdırıldı.

1933-cü ildə o zamankı prezident Mustafa Kamal Atatürk tərəfindən 1933-cü ildə qoyulmuş uşaqları kabinetinə qəbul edib onlarla söhbət etmək adəti bu bayramın bir hissəsi kimi geniş yayılmış və ənənəvi hal almışdı. 2013-cü ildən minlərlə tələbənin qatıldığı stadionlardakı nümayişlər və dövlət protokolları küçələrdə karnavala bənzər şənliklərlə əvəz olundu.