İraq və Türkiyənin təhlükəsizliyi bölünməz bir bütövdür - Sudani

İraq və Türkiyənin təhlükəsizliyi bölünməz bir bütövdür - Sudani

Bakı. TurkicWorld:

İraq və Türkiyənin təhlükəsizliyi bölünməz bir bütövdür.

TurkicWorld xəbər verir ki, bu barədə İraq baş naziri Məhəmməd Şia əl-Sudani bildirib.

"Bu gün biz İnkişaf Yolu Layihəsi ilə bağlı prinsipləri ehtiva edən dördlü anlaşma memorandumu imzaladıq. İnkişaf Yolu Layihəsi Türkiyədən axan və İraqa çatan Dəclə və Fərat çayları kimi qərblə şərqi birləşdirəcək iqtisadi çaydır. Bu yol İraqdan Türkiyəyə, oradan da Avropaya uzanır. Bu layihə həm də regional hüquqlar və onların mədəniyyətini bir-birinə yaxınlaşdıracaq və müxtəlif sahələrdə tərəfdaşlıqları inkişaf etdirəcək.” – deyə baş nazir qeyd edib.

O bildirib ki, İnkişaf Yolu Layihəsi regionda təhlükəsizlik və sabitliyi dəstəkləyəcək.

"Türkiyə və İraqın sabitliyini təmin edəcək təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında razılığa gəldik. Bu (təhlükəsizlik sahəsində əməkdaşlıq) Türkiyə və İraqa terrorizmlə əməkdaşlıq edə biləcək silahlı qrupların hər iki ölkənin təhlükəsizliyini poza biləcəyi təhlükə ilə mübarizə aparmağa kömək edəcək.”- deyə Sudani qeyd edib.

Məlumat üçün bildirək ki, İnkişaf yolu layihəsi, Türkiyəni 1 200 kilometrlik dəmir yolu və avtomobil yolu ilə Fars körfəzindəki Əl-Fav limanına birləşdirəcək. Yeni İpək Yolu olaraq təyin olunan layihə, Avropadan Körfəz ölkələrinə qədər geniş bir bölgəyə təsir göstərərək ortaq faydalar verəcək.

Hafiz Rufizoğlu