Bakı. TurkicWorld:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bağdada rəsmi səfəri çərçivəsində İraqın baş naziri Məhəmməd Şia əl-Sudani ilə təkbətək görüşüb.
TurkicWorld xəbər verir ki, görüş zamanı İraqla Türkiyə arasında İnkişaf Yolu Müqaviləsini imzalanıb.
Məlumat üçün bildirək ki, İnkişaf yolu layihəsi, Türkiyəni 1 200 kilometrlik dəmir yolu və avtomobil yolu ilə Fars körfəzindəki Əl-Fav limanına birləşdirəcək. Yeni İpək Yolu olaraq təyin olunan layihə, Avropadan Körfəz ölkələrinə qədər geniş bir bölgəyə təsir göstərərək ortaq faydalar verəcək.
.