TOGG-un T8X modelinin təqdim ediləcəyi tarix açıqlanıb

TOGG-un T8X modelinin təqdim ediləcəyi tarix açıqlanıb

Bakı. TurkicWorld:

Gələn il Türkiyənin ilk yerli istehsal elektrikli avtomobili TOGG-un T10F modelinin satışı başlayandan bir müddət sonra T8X-i təqdim etməyə hazır ola bilərik.

TurkicWorld xəbər verir ki, bu barədə TOGG İcraçı Direktoru (CEO) Gürcan Karakaş açıqlayıb.

"İxrac sahəsində bir neçə il Skandinaviya ölkələrindən başlayıb Hollandiya və Belçikaya, daha sonra bölgənin mərkəzinə keçəcəkdik. Lakin bu planı dəyişdirdik. Çünki sənaye çox sürətlə inkişaf edir və Çin brendləri hər yerə çox sürətlə yayılır. Ona görə də biz Avropanın ən böyük bazarına, Almaniya, Fransa və İtaliya ölkələrinə ixraca hazırlaşırıq", - deyə o əlavə edib.

Qeyd edək ki, Türkiyənin ilk elektrikli avtomobili olan TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.

Məlumat üçün bildirək ki, TOGG-un sedan modeli 2024-cü ilin sonunda təqdim ediləcək və istehsal, 2025-ci ildə başlayacaq.

X: Lamanasadli01