YSK Türkiyənin bəzi vilayətlərindəki etirazları rədd edib

YSK Türkiyənin bəzi vilayətlərindəki etirazları rədd edib

Bakı. TurkicWorld:

Türkiyənin Ali Seçki Şurası (YSK) iki vilayət və 26 rayonda etirazları rədd edib.

TurkicWorld xəbər verir ki, YSK, 31 Mart Yerli Rəhbərliklər Ümumi Seçkilərinin nəticələri ilə bağlı Vilayət Seçki Şuralarının qərarlarına edilən etirazların müzakirəsini davam etdirir.

Bu çərçivədə İdarə Heyətinin bugünkü iclasında bəzi seçki dairələri üzrə siyasi partiyaların etirazları barədə qərar qəbul edilib.

Qeyd edək ki, YSK MHP-nin bələdiyyə səslərinin sayının yenidən hesablanması tələbini qəbul edib.

Xatırladaq ki, 31 mart tarixində Türkiyədə 61 milyon 441 mindən çox seçicinin səs verdiyi seçkilərdə 34 siyasi partiyanın namizədləri ilə yanaşı, müstəqil namizədlər də mübarizə aparıblar. Ölkə üzrə 206 mindən çox seçki qutusu qurulub.

Hafiz Rufizoğlu