Son dəqiqə

Türkiyə İstanbul Beynəlxalq Hava Limanı

İstanbul Hava Limanında 270 minə yaxın sərnişinin səyahət edəcəyi gözlənilir

Bakı. TurkicWorld:

Türkiyədə Ramazan bayramı da daxil olmaqla doqquz günlük tətil səbəbiylə bu gün İstanbul Hava Limanından 1 404 uçuşun həyata keçirilməsi və ümumilikdə 269 min 88 sərnişinin səyahət etməsi planlaşdırılır.

TurkicWorld xəbər verir ki, bu barədə İstanbul Hava Limanı operatoru İGA açıqlayıb.

"Aprelin 9-u çərşənbə axşamı günü hava limanından 1 416 reyslə 278 min 688 sərnişinin səyahət etməsi planlaşdırılır", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, 2024-cü ilin fevral ayında Türkiyənin İstanbul Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq, 11 milyon 776 min 825 nəfər olub.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər