Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası başlayıb

Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası başlayıb

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası başlayıb.

TurkicWorld xəbər verir ki, iclasın əsas mövzusu terrorla mübarizədir.

Məlumata əsasən, İraqın şimalında terror qruplarının məhv edilməsi üçün davam edən əməliyyatların genişləndirilməsi, Prezident Ərdoğanın bu ayın sonunda Bağdad səfərinə hazırlıq məsələləri müzakirə olunacaq. Terror təşkilatı PKK tərəfdarlarının Avropada yaşayan türklərə və Türkiyənin diplomatik nümayəndəliklərinə qarşı hücumları da müzakirə olunacaq mövzular arasındadır. Bununla bağlı indiyədək atılan addımlar və görüləcək əlavə tədbirlər dəyərləndiriləcək.

Bundan əlavə, F-16-ların tədarükü üçün ABŞ ilə həyata keçirilən prosesdəki son vəziyyət, Ərdoğanın may ayında Vaşinqtona səfəri, Qəzzadakı son vəziyyət, Türkiyənin "Milli Təhlükəsizlik Siyasəti Sənədi”nin yenilənməsi istiqamətində işlər kimi məsələlər də iclasın gündəliyinə daxildir.

X: Lamanasadli01