Son dəqiqə

Türkiyə PKK

Türkiyədə PKK tərəfdarları təhlükəsizlik qüvvələrinə hücum edib

Bakı. TurkicWorld:

Türkiyənin Van vilayətində PKK terror təşkilatı tərəfdarları təhlükəsizlik qüvvələrinə hücum edib.

TurkicWorld xəbər verir ki, terror tərəfdarları küçələrdə nümayişlər keçirib.

Etiraz aksiyası keçirən PKK tərəfdarları molotof ataraq təhlükəsizlik qüvvələrinin yerləşdiyi TOMA-nı (Sosial hadisələr üçün müdaxilə vasitəsi) yandırıblar.

Qeyd edək ki, hal-hazırda polislər nümayişçilərə müdaxilə edir.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər