Son dəqiqə

Türkiyə AK Parti Murat Kurum CHP Əkrəm İmamoğlu YSK

İstanbulda bütün səslər sayılıb

Bakı. TurkicWorld:

Türkiyədə keçirilən 31 Mart bələdiyyə seçkilərində İstanbulda seçki qutularının 100 faizi açılıb.

TurkicWorld xəbər verir ki, Türkiyə Ali Seçki Şurası bu barədə məlumat yayıb.

Məlumata əsasən, İstanbul Böyükşəhər Bələdiyyə Başçılığı seçkilərində Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu 51,14, Ədalət və İnkişaf Partiyasının (AK Parti) namizədi Murat Kurum isə 39,59 faiz səs toplayıb. İmamoğlunun səs sayı 4 milyon 432 min 691, Kurumun səs sayı isə 3 milyon 431 min 587 olub.

Qeyd edək ki, 61 milyon 441 mindən çox seçici səs verdiyi seçkilərdə 34 siyasi partiyanın namizədləri ilə yanaşı, müstəqil namizədlər də mübarizə aparıblar. Ölkə üzrə 206 mindən çox seçki qutusu qurulub.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər