Bakı. TurkicWorld:
Türkiyədə keçirilən bələdiyyə seçkiləri üçün qutuların 99.8%-i açılıb.
TurkicWorld bu barədə Türkiyə Ali Seçki Şurasına istinadən xəbər verir.
Məlumata əsasən, İstanbul üzrə iqtidarda olan Ədalət və İnkişaf Partiyasının (AK Parti) namizədi Murat Kurum 39.6, müxalifət Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Əkrəm İmamoğlu 51.1 faiz səs toplayıb.
Ankarada isə AK Parti namizədi Turgut Altınok 31.7, CHP namizədi Mansur Yavaş 60.4 faiz səs toplayıb.
Qeyd edək ki, 31 mart tarixində 61 milyon 441 mindən çox seçici səs verdiyi seçkilərdə 34 siyasi partiyanın namizədləri ilə yanaşı, müstəqil namizədlər də mübarizə aparıb. Ölkə üzrə 206 mindən çox seçki qutusu qurulub.