Bakı. TurkicWorld:
Dezinformasiya kampaniyalarını aradan qaldırmaq üçün çalışırıq.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun deyib.
Altun sosial media hesabında 31 Mart Seçkiləri ilə bağlı paylaşım edib.
“Prezidentin Kommunikasiya Müdirliyi olaraq seçkilərin sağlam ünsiyyət və informasiya mühitində keçirilməsi üçün çox çalışırıq. Çünki son illər dünya təcrübəsi göstərir ki, dezinformasiya fəaliyyətinin ən intensiv olduğu proseslərdən biri də seçkilərdir.” – deyə Fahrettin Altun deyib.
Qeyd edək ki, 61 milyon 441 mindən çox seçici səs verdiyi seçkilərdə 34 siyasi partiyanın namizədləri ilə yanaşı, müstəqil namizədlər də mübarizə aparıblar. Ölkə üzrə 206 mindən çox seçki qutusu qurulub.
Əlavə olaraq bildirək ki, Türkiyənin iqtidarda olan Ədalət və İnkişaf Partiyasından (AK Parti) İstanbul Böyükşəhər Bələdiyyə başçılığına Murat Kurum, Ankara Böyükşəhər Bələdiyyə başçısı vəzifəsinə isə Turgut Altınokun namizədliyi irəli sürülüb.
Türkiyənin müxalifət Cümhuriyyət Xalq Partiyasından (CHP) isə İstanbul Böyükşəhər Bələdiyyə başçısı vəzifəsinə Əkrəm İmamoğlunun, Ankara Böyükşəhər Bələdiyyə başçısı vəzifəsinə isə Mansur Yavaşın namizədliyi irəli sürülüb.
Hafiz Rufizoğlu