Türkiyənin şərq vilayətlərində səsvermə başa çatıb

Türkiyənin şərq vilayətlərində səsvermə başa çatıb

Bakı. TurkicWorld:

Türkiyənin 32 şərq vilayətində səsvermə başa çatıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Ali Seçki Şurası bildirib.

Ali Seçki Şurasının (YSK) qərarına əsasən, Adıyaman, Ağrı, Artvin, Bingöl, Bitlis, Diyarbakır, Elazığ, Ərzincan, Ərzurum, Qaziantep, Giresun, Gümüşhane, Hakkari, Qars, Malatya, Kahramanmaraş, Mardin, Muş, Ordu, Rize, Siirt, Sivas, Trabzon, Tunceli, Şanlıurfa, Şanlıurfa Van, Bayburt, Batman, Şırnak, Ərdahan, Iğdır və Kilisdə və bu illərin cəzaçəkmə müəssisələrində səsvermə (Türkiyə saatı ilə) 07:00-da başlayıb.

Qeyd edilib ki, bu vilayətlərdə səsvermə saat 16:00-da başa çatıb.

Digər vilayətlərdə səsvermə 17.00-da başa çatacaq.

Hafiz Rufizoğlu