Bayraktar TB3-ün ikinci prototipi daha bir sınağı uğurla başa vurub

Bayraktar TB3-ün ikinci prototipi daha bir sınağı uğurla başa vurub

Bakı. TurkicWorld:

Baykar tərəfindən milli və yerli olaraq hazırlanan Bayraktar TB3-ün ikinci prototipi daha bir sınağı uğurla başa vurub.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Baykar İdarə Heyətinin sədri Selçuk Bayraktar sosial media hesabından paylaşım edib.

“Uçuş zamanı “Orta Hündürlük Sisteminin İdentifikasiyası və Performans Testi” həyata keçirilib.” – deyə paylaşımda bildirilib.

Məlumat üçün qeyd edək ki, Bayraktar TB3-ün ikinci prototipi bir həftə əvvəl ilk sınaq uçuşu ilə səmaya qalxıb.

Hafiz Rufizoğlu