Türkiyədə bələdiyyə seçkiləri başlayıb

Türkiyədə bələdiyyə seçkiləri başlayıb

Bakı. TurkicWorld:

Türkiyədə yerli özünüidarəetmə orqanları seçkilərinə səsvermə başlayıb.

TurkicWorld bu barədə Türkiyə Ali Seçki Şurasına (YSK) istinadən xəbər verir.

Məlumata əsasən, səsvermə Türkiyə saatı ilə 17:00-a qədər davam edəcək.

Qeyd edək ki, 61 milyon 441 mindən çox seçici səs verəcəyi seçkilərdə 34 siyasi partiyanın namizədləri ilə yanaşı, müstəqil namizədlər də mübarizə aparacaq. Ölkə üzrə 206 mindən çox seçki qutusu qurulacaq.

Əlavə olaraq bildirək ki, Türkiyənin iqtidarda olan Ədalət və İnkişaf Partiyasından (AK Parti) İstanbul Böyükşəhər Bələdiyyə başçılığına Murat Kurum, Ankara Böyükşəhər Bələdiyyə başçısı vəzifəsinə isə Turgut Altınokun namizədliyi irəli sürülüb.

Türkiyənin müxalifət Cümhuriyyət Xalq Partiyasından (CHP) isə İstanbul Böyükşəhər Bələdiyyə başçısı vəzifəsinə Əkrəm İmamoğlunun, Ankara Böyükşəhər Bələdiyyə başçısı vəzifəsinə isə Mansur Yavaşın namizədliyi irəli sürülüb.

X: Lamanasadli01