TOGG-a yeni funksiyalar əlavə edilib

TOGG-a yeni funksiyalar əlavə edilib

Bakı. TurkicWorld:

Türkiyənin ilk yerli istehsal elektrikli avtomobili TOGG-a yeni funksiyalar əlavə edilib.

TurkicWorld xəbər verir ki, bu barədə TOGG İcraçı Direktoru (CEO) Gürcan Karakaş açıqlayıb.

“İstifadəçilərimizə üz tanıma texnologiyasından, zənginləşdirilmiş dairəvi uzaqdan idarəetməyə, kondisioner planlayıcısından, 360 kameralı döşəmə təsviri texnologiyasına qədər bir çox yeniliklər təqdim edirik", - deyə açıqlamada qeyd edilib.

Qeyd edək ki, Türkiyənin ilk elektrikli avtomobili olan TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.

TOGG satışa başladıqdan sonra dörd ay ərzində bütün elektrikli avtomobil bazarında ən çox satılan marka və model kateqoriyası üzrə liderə çevrilib.

Məlumat üçün bildirək ki, TOGG-un sedan modeli 2024-cü ilin sonunda təqdim ediləcək və istehsal, 2025-ci ildə başlayacaq.

X: Lamanasadli01