Türkiyədə 61 milyondan çox seçici səs verəcək

Türkiyədə 61 milyondan çox seçici səs verəcək

Bakı. TurkicWorld:

Sabah Türkiyədə keçiriləcək yerli özünü idarəetmə orqanlarına seçkilərdə 61 milyon 441 mindən çox seçici səs verəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Şurası məlumat yayıb.

Məlumata əsasən, 34 siyasi partiyanın namizədləri ilə yanaşı, müstəqil namizədlər də mübarizə aparacaq.

Ölkə üzrə 206 mindən çox seçki qutusu qurulacaq.

Seçkilərin təbliğat prosesi bu gün Türkiyə vaxtı ilə saat 18.00-da, seçki qadağaları isə sabah saat 23.59-da başa çatacaq.

X: Lamanasadli01