Bayraktar TB3 27 saatlıq uçuş testini tamamlayıb

Bayraktar TB3 27 saatlıq uçuş testini tamamlayıb

Bakı. TurkicWorld:

Baykar tərəfindən milli və yerli olaraq hazırlanmış Bayraktar TB3 SİHA, 27 saat uçduğu 26-cı uçuş testini müvəffəqiyyətlə tamamlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Baykar şirkətindən bildirilib.

Bayraktar TB3, Tekirdağın Çorlu rayonundakı AKINCI Uçuş Tədris və Sınaq Mərkəzində Sinifinin ən yaxşısı olan ASELFLIR-500 Elektro-Optik Sistemi ilə keçirilən 26-cı sınaq uçuşunda orta hündürlükdə 27 saat 19 dəqiqə fasiləsiz olaraq havada qalıb.

Bayraktar TB3 27 saatlıq uçuşu zamanı səmada cəmi 4 min 600 km məsafə qət edib.

Məlumat üçün qeyd edək ki, Bayraktar TB3 SİHA indiyə qədər həyata keçirilən sınaq uçuşlarında cəmi 224 saat havada qalıb.

Xatırladaq ki, PD-170 mühərriki ilə havaya qalxan milli SİHA 20 dekabr 2023-cü ildə həyata keçirilən uzun uçuş testində yerə enməzdən əvvəl 32 saat havada qalıb və səmada 5 min 700 km yol qət edib.

Hafiz Rufizoğlu