Türk Hava Yolları Tripoliyə uçuşlara başlayıb

Türk Hava Yolları Tripoliyə uçuşlara başlayıb

Bakı. TurkicWorld:

Türk Hava Yolları (THY) yenidən Liviyanın paytaxtı Tripoliyə uçuşlara başlayıb.

TurkicWorld xəbər verir ki,bu barədə THY Mətbuat xidmətindən açıqlama verilib.

THY-nin baş direktoru Bilal Ekşi və rəsmilərin iştirakı ilə bu gün Mitiqa Beynəlxalq Hava Limanına ilk uçuş həyata keçirilib.

Mərasimdə çıxış edən Bilal Ekşi uçuşların yenidən başlamasından xoşbəxt olduqlarını dilə gətirib.

"Biz inanırıq ki, Afrika qitəsində turizm və ticarətin əhəmiyyəti inkişaf edən və dəyişən sənaye investisiyaları ilə orta və uzunmüddətli perspektivdə artacaq". – deyə Ekşi bildirib.

Hafiz Rufizoğlu