TEKNOFEST daha bir rekorda imza atıb

TEKNOFEST daha bir rekorda imza atıb

Bakı. TurkicWorld:

Türk Texnologiya Komandası Vəqfi (T3 Vəqfi) və Sənaye və Texnologiya Nazirliyi tərəfindən təşkil edilən TEKNOFEST daha bir rekorda imza atıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar X sosial media hesabında paylaşım edib.

Məlumata əsasən, S.Bayraktar TEKNOFEST-ə 1 milyon 630 min yarışmaçı və 788 min 161 komanda müraciəti edildiyini açıqlayıb.

''Ölkəmizin tam müstəqil gələcəyi üçün Milli Texnologiya Hərəkatının nəhəng alt dalğası olan TEKNOFEST-2024 öz rekordlarını qırmağa gəlir'', - deyə o vurğulayıb.

Qeyd edək ki, Türk Texnologiya Komandası Vəqfi (T3 Vəqfi) və Sənaye və Texnologiya Nazirliyi tərəfindən təşkil edilən TEKNOFEST-də texnologiya yarışmaları, hava şouları, konsertlər və müxtəlif mövzularda tədbirlər kimi bir çox fəaliyyət həyata keçirilir. Tədbirin məqsədi cəmiyyətdə texnologiyaya marağı artırmaq və Türkiyənin texnologiya istehsal edən və inkişaf etdirən bir cəmiyyətə çevrilməsi ilə bağlı məlumatlılığı artırmaqdır.

Keçən il keçirilən TEKNOFEST üçün 337 min komanda və 1 milyon yarışmaçı müraciət etmişdi.

Bu il TEKNOFEST 46 əsas kateqoriya və 117 alt kateqoriya üzrə texnologiya yarışlarına ev sahibliyi edəcək.

X: Lamanasadli01