Son dəqiqə

Türkiyə Mərmərə dənizi

TP Mərmərədə neft kəşfiyyatı lisenziyası alıb

Bakı. TurkicWorld:

Türkiyənin "Türkiye Petrolleri" (TP) neft şirkəti Mərmərə dənizində üç neft kəşfiyyatı lisenziyası alıb.

TurkicWorld xəbər verir ki, lisenziya Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi Mədən və Neft İşləri Baş İdarəsi (MAPEG) tərəfindən verilib.

MAPEG-in mövzu ilə bağlı elanları Türkiyə Rəsmi Qəzetində dərc olunub.

Məlumata əsasən, TP Mərmərə dənizində Tekirdağ, Balıkəsir və Çanaqqala sahillərində 95 min 55 hektar sahədə neft axtarışı üçün hər biri səkkiz il müddətinə üç kəşfiyyat lisenziyası alıb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər