Bakı. TurkicWorld:
Türkiyə PUA-ları Liviyanın qərbində qaçaqmalçıların mövqelərini hədəf alıb.
TurkicWorld xəbər verir ki, PUA-lar Liviyanın qərb sahilindəki əl-Zaviyə şəhərindəki mövqeləri vurub.
Qeyd edilib ki, qaçaqmalçılar Əbdül-Həmid əl-Dbeyba Milli Birlik Hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən idarə olunur.
Onların əsas fəaliyyət istiqaməti Tunisə yanacaq və qeyri-qanuni mühacirlərin aparılması olduğu bildirilib.
Hafiz Rufizoğlu