Bakı. TurkicWorld:
İstanbul Hava Limanı "Hava Nəqliyyatı Mükafatları" çərçivəsində dördüncü dəfə "İlin Hava Limanı" mükafatına layiq görülüb.
TurkicWorld xəbər verir ki, bu barədə İstanbul Hava Limanı Operatoru İGA açıqlayıb.
Məlumata əsasən, Yunanıstanın Ekali şəhərində təşkil edilən mərasimdə mükafat İGA-nın İcraçı Direktor müavini (CEO) Səlahəddin Bilgenə təqdim edilib.
Qeyd edək ki, İstanbul Hava Limanı dünyanın hər yerindən rəqiblərini geridə qoyaraq 2021, 2022 və 2023-cü illərdə “İlin Hava Limanı” seçilib.