Türkiyədə seçki qadağasının başlayacağı tarix açıqlanıb

Türkiyədə seçki qadağasının başlayacağı tarix açıqlanıb

Bakı. TurkicWorld:

Türkiyədə 31 Mart 2024-cü il tarixində keçiriləcək Yerli İdarəetmə Ümumi Seçkiləri üçün təyin olunan təbliğat azadlığı və seçki qadağaları 21 Mart tarixində başlayacaq.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Şurası (YSK) açıqlayıb.

Məlumata əsasən, təbliğat azadlığı və bəzi seçki qadağaları səsvermə gününə 10 gün qalmış, martın 21-i səhər başlayacaq və səsvermə günündən bir gün əvvəl saat 18:00-da başa çatacaq.

Seçkilərdə iştirak edən siyasi partiyalar və müstəqil namizədlər 30 mart 2024-cü il saat 18:00-dək mətbuatda elan və ya internet saytı açmaqla şifahi, yazılı və əyani təbliğat apara biləcəklər.

Yazılı, şifahi və əyani media və nəşrlər, ictimai rəyin öyrənilməsi, sorğular, proqnozlar, məlumatlar vasitəsilə mini-referendum adı altında siyasi partiyanın və ya namizədin lehinə və ya əleyhinə və ya vətəndaşların səsverməsinə təsir edəcək şəkildə nəşrlər etmək səsvermə gününə 10 gün qalmış qadağan edilir.

Qeyd edək ki, səsvermə günü martın 31-də keçiriləcək.

X: Lamanasadli01