Türkiyədə 1 milyondan çox gənc ilk dəfə səsvermədə iştirak edəcək

Türkiyədə 1 milyondan çox gənc ilk dəfə səsvermədə iştirak edəcək

Bakı. TurkicWorld:

Türkiyədə 18 yaşı tamam olan 1 milyon 32 min 610 gənc ilk dəfə 31 martda keçiriləcək Yerli Özünüidarəetmə Orqanları Seçkilərində səs verəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Şurası (YSK) məlumat yayıb.

Məlumata əsasən, seçkidə qeydə alınmış seçici sayını 61 milyon 441 min 882 olaraq təyin edilib.

Seçicilərin 50,59 faizini qadınlar, 49,41 faizini isə kişilər təşkil edir.

Xatırladaq ki, 2023-cü il mayın 28-də Türkiyədə keçirilən Prezident seçkilərində ölkədə seçicilərin sayı 60 milyon 771 min 236 nəfər müəyyən edilib.

X: Lamanasadli01