Son dəqiqə

Türkiyə Amperino

Türkiyənin ikinci yerli avtomobilinin istifadəyə veriləcəyi tarix açıqlanıb

Bakı. TurkicWorld:

Türkiyənin ikinci yerli avtomobili "Amperino"nun 2025-ci ilin son rübündə istifadəyə verilməsi hədəflənir.

TurkicWorld xəbər verir ki, bu barədə Amperino avtomobilinin qurucu ortağı Osman Mücteba Bişkinler açıqlayıb.

"Dizayn ofisi ilə birgə çalışırıq. Birinci mərhələdə dizayn eskiz çertyojları ilə başlayır, sonra biz onları rəqəmsal rejimə keçirib modelləşdirməyə başlayırıq. 2024-cü ildə avtomobilin bazara çıxarılması üçün lisenziyaların alınması istiqamətində səylərimizi davam etdirəcəyik”, - deyə o əlavə edib.

Bişkinler onu da vurğulayıb ki, 2026-cı ildə 1000, 2027-ci ildə 3 min, 2028-ci ildə 10 min, daha sonra isə ildə təxminən 30 min avtomobilin istehsalı planlaşdırlır.

Qeyd edək ki, Amperino elektrikli avtomobil markasının ilk mərhələsi 2022-ci ildə həyata keçirilib və 2023-cü ildə təqdim edilib.

Amperino xüsusi hazırlanmış 17,2 kVt/saat tutumlu akkumulyator və 42 kVt (57 at) gücündə elektrik mühərriki ilə təchiz edilib.

Bu güclü kombinasiya avtomobilə 0-dan 90 km/saata cəmi 6,8 saniyəyə sürətlənməyə imkan verir.

Maksimum sürəti saatda 90 kilometr olaraq təyin olunan Amperino həm performansı, həm də enerji səmərəliliyi ilə seçilir.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər