İstanbulda seçicilərin sayı azalıb

İstanbulda seçicilərin sayı azalıb

Bakı, TurkicWorld:

2023-cü il mayın 14-də Türkiyədə keçirilən Prezident və 28-ci Dövr Parlament Ümumi Seçkilərində İstanbulda 11 milyon 350 min 971 nəfərin səs verdiyi halda, bu seçkilərdə seçicilərin sayı 36 min 455 nəfər azalıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Şurası (YSK) məlumat yayıb.

Məlumata əsasən, 31 mart Yerli Özünü İdarə Orqanları seçkilərində İstanbulda 11 milyon 314 min 516 nəfər seçici səs verəcək.

İstanbulda ən az seçicinin olduğu Adalarda 13 min 682, ən çox seçicinin olduğu Esenyurtda isə 642 min 455 nəfər səs verəcək. Şəhərin ən sıx ərazilərindən biri olan Esenyurt və Bağcılarda dörd vilayət seçki komissiyasının hər biri növbətçi olacaq.

Qeyd edək ki, Türkiyədə yerli özünü idarəetmə orqanlarına seçkilərlə bağlı yekun namizəd siyahıları vilayət və rayon seçki şuraları tərəfindən 3 mart bazar günü elan edilib.

Martın 21-də qadağalar başlayacaq. Səsvermə günü martın 31-də keçiriləcək.

X: Lamanasadli01