TOGG elektrikli avtomobil satışında liderdir

TOGG elektrikli avtomobil satışında liderdir

Bakı, TurkicWorld:

Türkiyənin ilk yerli istehsal elektrikli avtomobili TOGG elektrikli avtomobil satışında liderdir.

TurkicWorld xəbər verir ki, fevral ayında Türkiyədə "tam elektrikli" avtomobil satışlarının sayı 4 min 713 olduğu halda, TOGG 1201 ədəd avtomobil və 25,48 faiz payla bazar liderliyini qoruyub.

Avtomobil Distribyutorları və Mobility Assosiasiyasının (ODMD) tərtib etdiyi məlumatlara görə, TOGGU 523 avtomobillə BMW, 510 avtomobillə Ssangyong, 321 avtomobillə Mercedes-Benz və 281 avtomobillə Opel izləyib. Tesla fevral ayında 75 satışla siyahıda 11-ci yerdə qərarlaşıb.

Bundan əlavə, model əsasında baxıldığında TOGG T10X ən çox satılan model, Ssangyong Torres ikinci, BMW 5 Series üçüncü, BYD Atto 3 dördüncü, MG MG4 isə beşinci ən çox satılan model olub.

Qeyd edək ki, Türkiyənin ilk elektrikli avtomobili olan TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.

TOGG satışa başladıqdan sonra dörd ay ərzində bütün elektrikli avtomobil bazarında ən çox satılan marka və model kateqoriyası üzrə liderə çevrilib.

Məlumat üçün bildirək ki, TOGG-un sedan modeli 2024-cü ilin sonunda təqdim ediləcək və istehsal, 2025-ci ildə başlayacaq.

X: Lamanasadli01