Son dəqiqə

Ali Yerlikaya

FETÖ-yə qarşı 4 min 278 əməliyyat keçirilib – Ali Yerlikaya

Bakı. TurkicWorld:

FETÖ-yə qarşı 4 min 278 əməliyyat keçirilib.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya deyib.

1 iyun 2023-29 fevral 2024-cü il tarixləri arasında həyata keçirilən əməliyyatlara diqqət çəkən Yerlikaya, PKK terror təşkilatlarına qarşı dağlıq ərazilərdə 17 min 757, şəhərdə isə 3 min 396 əməliyyat keçirdiklərini bildirib.

Ali Yerlikaya qeyd edib ki, vəzifəyə gəldiyi vaxtdan etibarən ümumilikdə 21 min 153 əməliyyatda 782 terrorçunun zərərsizləşdirilib.

“Türkiyə daxilində FETÖ-yə qarşı 4 min 278, DEAŞ-a qarşı 1255, solçu terror təşkilatlarına qarşı 407 əməliyyat keçirilib. Türkiyədə terrorun maliyyələşdirilməsinə qarşı 178 əməliyyat keçirilib. 25 milyon 924 min lirə ələ keçirilib. Eyni zamanda 94-ü bombalı hücum olmaqla ümumilikdə 128 terror aktının qarşısı alınıb. İstanbulda biri bomba olmaqla 8 terror aktının qarşısı alınıb.” – deyə Yerlikaya bildirib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər