Son dəqiqə

Türkiyə Ali Yerlikaya

Türkiyədə 80-dən çox terror yuvası məhv edilib

Bakı. TurkicWorld:

Türkiyənin səkkiz vilayətində terror təşkilatına qarşı həyata keçirilən “Bozdoğan-28” əməliyyatında 82 mağara və sığınacaq məhvv edilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya məlumat verib.

Məlumatda bildirilib ki, əməliyyatlar Tunceli, Şırnak, Bingöl, Mardin, Diyarbəkir, Bitlis, Siirt və Hatayda həyata keçirilib.

Əməliyyatlar zamanı çoxlu sayda silah-sursat və partlayıcı maddə, 206 kq ammonium nitrat, 859 ədəd müxtəlif diametr və ölçüdə döyüş sursatı, doqquz ov tüfəngi və yeddi əl qumbarası ələ keçirilib.

Mövzuya görə xəbərlər